Ermənilər Horadizdə Deputat Ofisini atəşə tutdular - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Horadizdə Deputat Ofisini atəşə tutdular - Fotolar

Hadisə

05 Oktyabr 2020 19:22 1067


Erməni təxribatçıları Horadizdə Deputat Ofisini atəşə tutublar.

Yenisabah.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. 

"Işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən mülki vətəndaşlarımızın və əmlakın atəşə tutulması davam edir. Oktyabrın 4-də düşmən ölkə Horadiz şəhərindəki deputat ofisimizin binasını hədəfə alıblar. Bomba atəşi nəticəsində binanın şüşələri sınib və ofisə ciddi ziyan dəyib. Bu fakt bir daha təsdiq edir ki, eməni silahlı qüvvələri beynəlxalq konvensiyaları pozmaqda davam edir və mülki vətəndaşları və əmlakları hədəfə alır. Bununla yanaşı, belə hallar əhali arasında əhval-ruhiyyəni azaltmır, əksinə vətəndaşlarımız Ali Baş Komandanın ətrafında sıx birləşərək orduya dəstəyi daha da artırırlar. Dördpendirli pizza

Biz inşallah yaxın zamanlarda deputat ofisimizi Füzuli şəhərinə köçürəcəyik. Savaşdan sonra isə bu ofisimizi təmir edib erməni izini tamamən itirəcəyik. Füzuli şəhərində açılacaq ofisimizdə seçicilərimiz ilə görüşlərin keçirilməsinə az zaman qaldı. Qələbə bizimlədir!", - deyə deputat baş vermiş hadisə barədə danışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!