Ermənilərin qəbul etmədiyi unun taleyi necə olacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin qəbul etmədiyi unun taleyi necə olacaq? - Açıqlama

Maraqlı

05 Sentyabr 2023 11:25 575


“Erməni əsilli sakinlərimizin göndərdiyimiz humanitar yardıma necə münasibət bəsləməsindən asılı olmayaraq, mən bu addımı düzgün hesab edirəm”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib. 

O, artıq 8 gündür Ağdam-Xankəndi yolunda dayanan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) humanitar yardımı Qarabağ ermənilərinə daşımaq istəməsindən söz açıb.  pizza

Öz növbəsində, S. Əkbər təklif edib: 

“Daha yaxşı olardı ki, bununla yanaşı, Azərbaycanda olan bütün beynəlxalq təşkilatlara – başda Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və BMT-nin Azərbaycandakı nümayəndəliyinə təklif olunmalıdır ki, kim Azərbaycan vətəndaşlarının humanitar taleyindən narahatdırsa, buyurub bu təşəbbüsə qoşulsun. Onda həqiqətən bəlli olacaq ki, Qarabağda yaşananlar “humanitar böhran”dır, yoxsa növbəti erməni oyunbazlığı. 

Mən atdığımız addımı düzgün hesab edirəm, amma sadaladığım variantları da nəzərdən keçirməliyik. Bununla da ermənilərin hiyləgər siyasətinə son qoyula bilər”. 

“O ki qaldı onların yükü qəbul etməməsinə, biz öz unumuzu xarab edən deyilik ki? Yəqin ki, onun saxlama şəraiti və müddəti var və müvafiq orqanlar bunu düşünməmiş deyillər”. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyatında həmişə humanitar yardım üçün ərzaqlar, o cümlədən un və un məmulatları saxlanır. Ona görə də bunları təyinatına uyğun şəkildə istifadə edəcəklər. Əgər vətəndaşlarımızı aztəminatlı ailələrin dolanışığı narahat edirsə, burada müxtəlif yardım proqramları var ki, bu yolla da onlara kömək etmək olar. Populist dillə yanaşanlara izah etmək lazımdır ki, erməninin qəbul etmədiyi unu niyə həmin ailələrə verək? Erməninin imtina etdiyi un onlaramı qalıb?”, - o, fikirlərini tamamlayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!