Ermənilərin Xankəndi-Gorus istiqamətində sərbəst keçidi növbəti dəfə təmin edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Xankəndi-Gorus istiqamətində sərbəst keçidi növbəti dəfə təmin edildi

Maraqlı

16 Sentyabr 2023 10:17 520


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 15 şəxs olub. Onlardan 8 nəfərinin xəstə olduğu bildirilir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. pizza

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!