Ermənistan atəşkəsi pozdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan atəşkəsi pozdu

Siyasət

04 Aprel 2019 14:40 928


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Acarlı, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!