Ermənistan cəmiyyətinin qorxusu növbəti dəfə pik həddə çatdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan cəmiyyətinin qorxusu növbəti dəfə pik həddə çatdı - Video

Rəsmi

26 Dekabr 2020 21:31 1352


Ermənistan ictimaiyyətinin Azərbaycan qarşısında qorxusu növbəti dəfə pik həddə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin hazırladığı növbəti təhlildə deyilir.

Video təhlil layihənin “YouTube” kanalında yerləşdirilib. pizza sifarişi

Təhlildə qeyd olunur ki, noyabrın 9-da imzalanan üçtərəfli razılaşmanın nəticəsi olaraq Ermənistanın qərb sərhədlərinin delimitasiya prosesi başlayıb.

Lakin bu hadisədən sonra partizan dəstələri yaratmaq kimi absurd təhdidlələrlə çıxış edən Ermənistan tərəfinin çağırışları fərqli təkliflərlə əvəzlənib

İlk olaraq Ermənistanın sosial şəbəkə seqmentində daha sonra isə “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyanın dilindən Rusiyanın təcili olaraq Zəngəzura hərbi baza yerləşdirmək çağırışları səsləndirilib.

Təhlildə qeyd olunur ki, Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının, xüsusən də bu bölgəyə yaxın olan və həmsərhəd Mehri rayonun ərazisində yerləşən silahlı birləşmənin fəaliyyət göstərilməsi belə Ermənistan tərəfinin qorxularının qarşısını almağa kifayət etmir.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!