Ermənistan fəalları artıq Bakıdadır - Adlar

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan fəalları artıq Bakıdadır - Adlar

Siyasət

21 Noyabr 2025 12:43 520


2025-ci il noyabrın 21-də bir qrup Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Azərbaycanın paytaxtına səfər edib.

"Yeni Sabah" xəbər verir ki, bu səfər Azərbaycan nümayəndə heyətinin 21-22 oktyabr 2025-ci il tarixlərində Ermənistanın paytaxtına səfərinə cavab xarakteri daşıyır.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri avqustun 8-də Vaşinqtonda Birgə Bəyanatın qəbul edilməsindən sonra müəyyən edilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. pizza sifarişi

Xatırladaq ki, Ermənistan hökuməti İrəvanla Bakı və Bakı ilə İrəvan arasında çarter reyslərinin təşkili üçün təxminən 18 milyon dram vəsait ayırıb.

Bu səfərdə Ermənistanı Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!