Ermənistan İranla sərhədi açmayacaq - Vaxt uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan İranla sərhədi açmayacaq - Vaxt uzadıldı

Dünya

03 Mart 2020 14:07 424


Ermənistan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar İranla yerüstü əlaqəni daha iki həftə müddətinə məhdudlaşdırıb. "Yeni Sabah" bildirir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib. Onun sözlərinə görə, məhdudiyyət martın 24-dək qüvvədə qalacaq. Bu qərar hökumətin iclasında qəbul edilib və martın 4-də qüvvəyə minəcək. Qeyd edək ki, Covid-19 virusu ilə əlaqədar Ermənistan İranla yerüstü əlaqəni məhdudlaşdırmışdı. Martın 2-də isə iki ölkə arasında viza rejiminin bərpa olunması qərara alınmışdı. /Virtualaz.org
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!