Ermənistan ombudsmanı istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ombudsmanı istefa verdi

Rəsmi

23 Yanvar 2023 15:20 714


Ermənistanın ombudsmanı Kristine Qriqoryan istefa verib.

Yenisabah.az “Hraparak”a istinadən xəbər verir ki, o, istefası ilə bağlı bəyanatı Ermənistan Milli Məclisinə təqdim edib.

Qriqoryan istefasını başqa vəzifəyə keçməsi ilə əlaqələndirib. Bundan əlavə, ombudsman Ali Məhkəmə Şurasının üzvlüyünə təyinat alıb. Toyuqlu pizza

Qeyd edək ki, K.Qriqoryan ötən ilin yanvarından insan hüquqları üzrə müvəkkil postunu tutur. Onun namizədliyi Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası tərəfindən irəli sürülmüşdü.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan və mətbuat katibi Tsovinar Xaçatryan isə bildirib ki, K. Qriqoryanın ərizəsi artıq daxil olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!