Ermənistanda 15 hərbçinin ölümü ilə nəticələnən yanğınla əlaqədar 2-ci Ordu Korpusunda bir sıra şəxslər azad edilib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, siyahıda korpus komandiri, polkovnik Vaqram Qriqoryan, qərargah rəisi, korpus komandirinin müavini, polkovnik Mihran Maxsudyan, arxa cəbhə rəisi, polkovnik Şiraz Xaçatryan, habelə polkovnik Artur Ohanyan, növbətçi müavin, Ermənistan Silahlı Qüvvələrinin Yanğın Təhlükəsizliyi Xidmətinin rəisi, polkovnik Sarqis Mazmanyanın adları var.
Bu gün müdafiə naziri Suren Papikyanın əmri ilə briqada qərargahının rəis müavini, polkovnik-leytenant Rudik Akopyan, komandirin müavini polkovnik-leytenant Qor Aqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, briqadanın mühəndis piyada rotasının komandiri, kapitan Qor Sarkisyan vəzifəsindən azad ediləcəyi gözlənilir. pizza sifarişi
Xatırladaq ki, yanvarın 19-na keçən gecə yaşayış məntəqəsində baş verən yanğın nəticəsində 15 hərbçi həlak olub
Telegram kanalımız