Ermənistan ordusunda özbaşınalıq:  “Əsgərləri döyürlər!”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunda özbaşınalıq: “Əsgərləri döyürlər!”

Rəsmi

17 Oktyabr 2023 17:46 643


Ermənistan Müdafiə Nazirliyinin 2-ci ordu korpusunda xidmət edən çağırışçı əsgərlərin valideynləri Geqarkunik mərzində (Göyçə) dövlət sərhədini qoruyan əsgərlərə qarşı qeyri-insani münasibətə etiraz ediblər.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, valideynlərdən biri komandirlərin əsgərləri döydüyün, lakin 2-ci korpusun komandiri Qaregin Poqosyanın bu cür hadisələri gizlətdiyini deyib:

“Valideynlər ordudakı zorakılıqlardan danışmağa qorxurlar. Qarik Poqosyanın təyinatından sonra Vardenisdə tam anarxiya hökm sürür. Uşağım 2 aydır postu tərk etmir, döyüş növbətçiliyi şərtləri pozulub. Səbəbini soruşduqda cavab verirlər ki, onları əvəz edəcək əsgər yoxdur”. Pepperoni pizza

Ermənistan ordusunun 2-ci Korpusu Azərbaycanla sərhəddə yerləşir. Başqa bir şikayətçi valideynin sözlərinə görə, əsgərlər qeyri-insani şəraitdə xidmət edir.

“Poqosyan əsgərlərin həyatını cəhənnəmə çevirib. O, əsgərləri növbə ilə döyür. Yalnız imkanlı şəxslərin övladları “məzuniyyət”ə göndərilir. Vardenisdə xidmət edən, atasının Müdafiə Nazirliyində tanışı olan əsgərlərdən biri aylarla İrəvan xəstəxanalarından birində yatıb. Nə olduğunu soruşduqda, “başım ağrıyır” demişdi. Ordumuzun vəziyyəti belədir”.

Xatırladaq ki, Qaregin Poqosyan Azat kəndində baş verən və 15 nəfərin həyatını itirməsi ilə nəticələnən yanğından sonra 2-ci korpusun komandiri təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!