Ermənistan ordusunda yeni təyinatlar oldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunda yeni təyinatlar oldu

Rəsmi

17 Fevral 2023 18:04 841


Ermənistan prezidenti Vaan Xaçaturyanın fərmanlarına əsasən, Ermənistan Silahlı Qüvvələrində kadr dəyişikliyi edilib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Ermənistan prezidentinin fərmanı ilə Albert Bağdasaryan Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətin idarə edilməsi üzrə baş idarənin rəisi vəzifəsindən azad edilib.

Bundan başqa, Smbat Qriqoryan 5-ci Ordu Korpusunun komandiri vəzifəsindən azad edilərək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətin idarə edilməsi üzrə baş idarənin rəisi təyin edilib. Marqarita pizza

Digər bir sərəncama əsasən, polkovnik Sasun Badasyan 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

Xatırladaq ki, Smbat Qriqoryan 2020-ci ilin dekabrında 5-ci Ordu Korpusunun komandiri təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!