“Ermənistan ordusunu Azərbaycan Ordusunun əlindən almaq mümkün olmayacaq“   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan ordusunu Azərbaycan Ordusunun əlindən almaq mümkün olmayacaq“ - Politoloq

Maraqlı

14 Oktyabr 2020 17:22 2045


Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi hər gün müəyyən qədər erməni terrorçusundan təmizləyir. Lakin ardıcıl məğlubiyyətə baxmayaraq, rəsmi İrəvan konstruktiv danışıqlardan yayınmağa davam edir. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün rəsmi “Facebook” hesabından erməni xalqına müraciət edərək deyib ki, Qarabağın statusu müəyyənləşməsə, hansısa danışıqdan söhbət gedə bilməz.

Maraqlıdır, hərbi və iqtisadi cəhətdən sürətlə çökən Ermənistanın bu dirənişinə səbəb nədir?

Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, indiki vəziyyətdə Ermənistanın danışıqlar masasına oturması Paşinyan hökumətinə sərf eləmir: pizza mizza

“Çünki Ermənistan ordusu məğlub durumdadır. Bu da təbii ki, masada Azərbaycanın mövqeyini gücləndirir. Əgər masa arxasında müzakirələr olacaqsa, diqtə edən tərəf Azərbaycan olacaq. Ona görə də indiki vəziyyətdə Paşinyan hökuməti hər hansı bir müzakirənin getməsində maraqlı deyil. Onlar hələ də düşünürlər ki, Qarabağ cəbhəsində hərbi vəziyyəti Ermənistanın xeyrinə dəyişmək mümkün olacaq. Bu qədər absurd və xəyalpərəst olmaq yalnız Paşinyan kimi üzdəniraq hökumət başçılarına xaas ola bilər. Bu tip açıqlamalar məhz bundan irəli gəlir. Düşünürəm ki, Paşinyan hökuməti bu müharibəni sonadək aparmaqda israrlıdır. Bu müharibə başlamadan öncə Paşinyan artıq erməni ictimai rəyində belə bir fikir yaradıb ki, Ermənistanın strateji müttəfiqi olan Rusiya Azərbaycana ən müasir silahları satmaqla, bu müharibədə neytral qalmaqla Ermənistana xəyanət edib. Ermənistanın üzvü olduğu KTMT də prosesə müdaxilə etməkdən imtina edib. Rəy yaratmaq istəyir ki, Azərbaycan və Türkiyə birlikdə Ermənistan ordusuna qalib gəlir. Paşinyan  cəmiyyətə bunları təlqin edib və bu cür ictimai fikir formalaşdırmaqla gələcəkdə məğlub olanda vəziyyətdən çıxa bilmək üçün özünə mühit hazırlayıb”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Paşinyanın arxalandığı  qüvvə olmuş olsa belə, bu dəstək silah verməkdən o tərəfə keçməyəcək:

“Rusiya hökuməti indiki Qarabağ bataqlığında birbaşa iştirak etmək istəmir. Çünki Rusiya müdaxilə edəcəyi təqdirdə dərhal Türkiyə qoşunları Azərbaycana yeridiləcək ki, bu da regionda böyük bir xaosdan xəbər verir. Həmçinin Rusiya ictimaiyyəti də bu kontekstdə Ermənistana yardım etmək məsələsinə razı deyil. Heç bir rus ailəsi öz övladının Dağlıq Qarabağda ölməsini istəmir. Fransa birmənalı olaraq Ermənistanın tərəfini tutur, ancaq o da Ermənistanın yanında Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmayacaq, öz əsgərlərini cəbhə xəttinə göndərməyəcək. Ola bilər ki, müəyyən mənada məhdud sayda muzdlular iştirak etsin, çünki öldürülən muzdluların cibindən çıxan sənədlər də bunu göstərir. Ancaq buna baxmayaraq, onlar kütləvi sayda deyil və düşünürəm ki, bu məsələ Ermənistanı xilas etməyəcək. Ermənistan ordusunu Azərbaycan Ordusunun əlindən almaq mümkün olmayacaq. Ona görə də Paşinyan hökuməti “Masa arxasında Paşinyan Qarabağı Azərbaycana təhvil verdi” ittihamının yerinə “Azərbaycan Ordusu ilə son qanınadək vuruşaraq məğlub oldu” fikrinə üstünlük verir. Məsələnin  kökü bundadır”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!