Ermənistan özünü bütün müzakirələrdən kənarda qoyub - Ayrapetyan

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan özünü bütün müzakirələrdən kənarda qoyub - Ayrapetyan

Rəsmi

27 Fevral 2023 11:15 833


“Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Türkiyəyə gedib, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı bazar günü baş tutub və bu, son 4 gündə 2-ci söhbət olub. Sergey Lavrov isə bu gün Bakıya gedəcək. Eləcə də yaxın vaxtlarda İran xarici işlər nazirinin Moskvaya səfəri gözlənilir”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisin keçmiş deputatı, Azərbaycanşünas ekspert Tatevik Ayrapetyan “Telegram” səhifəsində yazıb. 

“Görünən odur ki, regionda ciddi müzakirələr gedir. Əminəm ki, mərkəzi məsələlərdən biri Laçın dəhlizi və Sünikdən (Qərbi Zəngəzur) keçə biləcək yol mövzusudur. Ermənistan, təbii ki, özünü bu müzakirələrdən kənarda qoyub. Lakin, siz müzakirənin bir hissəsi olmadıqda, sizin üçün vacib olan məsələlər başqalarının alver predmetinə çevrilir, xüsusən də hökumətiniz heç bir mənalı gündəmi irəli sürmədikdə...”  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!