Ermənistan parlamentində dava düşdü, mühafizəçilər müdaxilə etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentində dava düşdü, mühafizəçilər müdaxilə etdi - Video

Rəsmi

26 Noyabr 2020 19:43 2162


Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Dava “Mənim addımım” Partiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı başlayıb. Belə ki, “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın müharibədəki məğlubiyyətlə bağlı sualına A.Danielyan kobud cavab verib. Dördpendirli pizza

Bu zaman müxalif partiyanın daha bir üzvü Naira Zoqrabyan baş nazir Nikol Paşinyanın Azərbaycanda animasiya filmlərinin qəhrəmanına çevrildiyini söyləyərək müdaxilə edib.

A.Danielyan isə cavabında “siz də Azərbaycanda super ulduzsunuz” deyib. Bundan sonra parlamentdə dava düşüb.

Erməni deputatları yalnız mühafizəçilərin yardımı ilə ayırmaq mümkün olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!