Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? 

Rəsmi

24 Noyabr 2020 09:28 3883


Ermənistan hökuməti Azərbaycanın nəzarəti altına keçən Qarabağın yaşayış məntəqələrinin sakinlərinə 600 dollar pul verəcək. Bu barədə nazirlər kabinetinin Teleqram-kanalında xəbər verilir.

Fransanın prezidenti Emmanuel Makron isə şənbə günü «Hayastan» Ümumdünya Fonduna gedib və Qarabağ üçün vəsait toplanması üzrə illik telemarafonu dəstəkləyib. Bu ilki telemarafon Dağlıq Qarabağda hərbi əməliyyatlar aparılması səbəblə, evlərini tərk etmiş ermənilər üçün vəsait toplanmasına həsr olunub.

Makron qeyd edib ki, Fransa Azərbaycanın nəzarəti altına keçmiş 7 rayonu tərk etmiş ermənilərə humanitar yardım göstərməyə borcludur. Bundan başqa, Ermənistan respublikasının özünə də yardım lazımdır. pizza hut

Bəs, Azərbaycanın işğal altındakı yerlə yeksan edilmiş yaşayış məntəqələri üçün bədəli kim ödəyəcək - Ermənistanmı?! Bəlkə, onun əvəzində Fransa və digər havadaları?


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!