Rusiya parlamentinin veteran siyasətçisi bildirir ki, Qərblə əlaqələrini yaxşılaşdıran Ermənistan "Qarabağ problemini" Rusiyanın üzərinə atıb.
Konstantin Zatulinin bu müsahibəsi "Arqumentı i Faktı" qəzetinin saytında Ermənistana avropalı müşahidəçilərin gəlməsindən sonra dərc olunub.
Moskva uzun illər regionda hərbi qüvvə ilə təmsil olunan yeganə vasitəçi idi və o, Qərbin fəallığına tənqidi yanaşır. pizza
Keçmiş SSRİ respublikaları ilə əlaqələrə cavabdeh Duma komitəsinin sədr müavininin dedikləri məhz belə bir şəraitdə səslənir. "Eyni zamanda, Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanı tam şəkildə daşımaqda davam edir. Ermənistan rəhbərliyi Qarabağ problemini mahiyyətcə, Rusiyanın üzərinə atdı", - Konstantin Zatulin AİF saytına deyib.
Azərbaycan "öz şərtləri" əsasında sülh müqaviləsi bağlamaq istəyir ki, Rusiya da buna tərəfdar çıxır, Zatulin belə hesab edir.
Lakin onun sözlərinə görə, Moskva öz "müqəddəratını təyinetmə" problemini, "Dağlıq Qarabağdakı erməni əhalisinin" hüquq və azadlıqlarını müzakirə etməkdən imtina etməyi mümkün hesab etmir.
"Azərbaycan isə bunu məsələnin müzakirəsinin bağlanması kimi qiymətləndirir. Onlar hesab edirlər ki, müqavilə imzalanan kimi erməni əhalisinə zəmanət məsələsi Azərbaycanın daxili quruluşu məsələsinə çevriləcək".
Ötən həftə Ermənistanа Avropa mülki missiyasının üzvləri gəliblər. Onların yerləşdirilməsi ilə bağlı razılıq Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderlərinin Praqada keçirilən son görüşü zamanı əldə olunub.
Onların gəlişini AİF-ə şərh edən Konstantin Zatulin deyib ki, Yerevan Rusiya ilə ittifaqdan imtina etməsə də, Qərblə əlaqələrini inkişaf etdirdiyi bir vaxtda, Rusiya ilə fəal təmaslarını faktiki olaraq, dondurub.
"Əslində, Rusiyanın danışıqlar fəaliyyəti bu prosesin kənarında qalır".
Telegram kanalımız