“Ermənistan regionda ən böyük borc asılılığına malik ölkədir” -   Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan regionda ən böyük borc asılılığına malik ölkədir” - Deputat

İqtisadiyyat

13 Oktyabr 2020 16:22 1273


"Ermənistanın iqtisadi vəziyyəti uzun dövr üçün müharibə aparmağa imkan verməyəcək".

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Ermənistan iqtisadiyyatı müharibədən əvvəlki dövrdə də tənəzzül yaşayırdı: "Nəzərə alsaq ki, pandemiya dövründə Ermənistanda iqtisadi azalma kifayət qədər yüksək olub. Bu ilin birinci yarısında Ermənistan iqtisadiyyatı 5,7 faiz azalıb, ikinci yarısında isə azalma tempi daha da kəskinləşib. Ermənistan regionda ən böyük borc asılılığına malik olan ölkədir. Belə ki, Ermənistanın 5,7 milyard dollarlıq xarici borcu onun ümumi daxili məhsulunun 54 faizini təşkil edir. Ermənistan regionda xarici borcun ÜDM-in yarıdan çoxunu təşkil edən vəziyyəti kritik olan azsaylı ölkələrdəndir. Ermənistan mövcud 2,6 milyard dollarlıq rezervini xarici borcunu qaytarmaq üçün istifadə etsə də, bu, ölkənin xarici borc asılılığını aradan qaldırmasına imkan vermir". Pepperoni pizza

V.Bayramov bildirib ki, Azərbaycanın dövlət rezervləri Ermənistanla müqayisədə 20 dəfə çoxdur: "Azərbaycanda strateji valyuta ehtiyatları 51 milyard dollardan çoxdur, Ermənistanda bu rəqəm 2,6 milyard dollar təşkil edir. Müharibə də Ermənistan üçün yeni xərclər yaradır. “Fitch” beynəlxalq kredit agentliyi tərəfindən də Ermənistanın kredit reytinqi aşağı salınıb. Agentlik bunu birbaşa Qarabağ müharibəsinin Ermənistandakı tənəzzülü dərinləşdirəcəyi ilə əlaqələndirib. İlkin qiymətləndirmələrə görə, müharibənin Ermənistan iqtisadiyyatına təsirləri və vurduğu ziyan son iki həftə ərzində 1,5 milyard dollardan çoxdur. Təbii ki, erməni təxribatı davam etdikcə, Ermənistan iqtisadiyyatına dəyən ziyanın da həcmi artır".

Millət vəkili vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı üçün ziyan daha çox mülki obyektlər, eləcə də təsərrüfatların hədəfə alınması ilə bağlıdır: "Ölkəmiz müharibənin davam etməsi üçün müdafiə xərclərindən istifadə edir. Əks-hücumla bağlı iqtisadi xərcləmələr, iqtisadi hesablamalar əvvəlcədən nəzərə alınmışdı. Belə ki, Azərbaycanın illik müdafiə xərcləri 3 milyard manatdan çoxdur. Bu da ötən dövrlərdə ordumuzun maddi-texniki bazasının tam olaraq formalaşmasına və mövcud maliyyə imkanları ilə müharibənin qələbəyədək aparılmasına imkan verir. Bu baxımdan Ermənistanın iqtisadi vəziyyəti uzun dövr üçün müharibə aparmağa imkan verməyəcək. Praktik olaraq Azərbaycan təkcə müharibədə deyil, iqtisadiyyatda da düşmən ölkəni məhv edir və məhv etməyə qadirdir. Bu da ondan xəbər verir ki, müharibədən sonra Ermənistan iqtisadiyyatı daha da tənəzzülə uğrayacaq”. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!