Ermənistanın Qazaxıstandakı səfiri Armen Gevondyan Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb, ikitərəfli müdafiə əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib.
“Yeni Sabah" xəbər verir ki, görüş zamanı Ermənistanın Qazaxıstandakı səfirliyinə yeni təyin olunmuş hərbi attaşe polkovnik Arayik Noroyan Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim olunub.
"Sonrakı söhbət zamanı proqram əsasında ikitərəfli əməkdaşlığı həyata keçirən Ermənistan və Qazaxıstan müdafiə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlığa dair müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib”, - məlumatda deyilir. Toyuqlu pizza
Telegram kanalımız