Ermənistan sentyabr döyüşlərində 227 hərbçisini itirib

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sentyabr döyüşlərində 227 hərbçisini itirib

Rəsmi

11 Yanvar 2023 15:50 853


“Sentyabrın 13-14-də baş vermiş sərhəd döyüşləri nəticəsində həlak olan 224 hərbçimizin cənazəsi artıq vətəndə dəfn olunub, 3 hərbçimizin isə harada olduğu bilinmir”. 

Yenisabah.az News.am-a istinadla xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bu gün, yanvarın 11-də Ermənistan Milli Məclisində jurnalistlərlə söhbətində deyib.

“Hətta Azərbaycan tərəfi ilə danışıqlar yolu ilə hər şey edilir ki, həlak olan hərbçilərimizin cəsədlərinin çıxarılmasına imkan yaradılsın”, - deyib. pizza sifarişi

Xatırladaq ki, 2022-ci ilin sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!