Ermənistan sürətlə boşalır - Paşinyan etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sürətlə boşalır - Paşinyan etiraf etdi

Rəsmi

01 Mart 2023 17:22 2714


“Ermənistandakı hazırkı demoqrafik vəziyyətlə bağlı təəssüratlarım acıdır”. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Milli Məclisində keçirilən hökumətlə sual-cavab sessiyasına deyib. 

Qeyd edək ki, fevralın 28-də Paşinyanın rəhbərliyi ilə görüş keçirilib və iclasda demoqrafik strategiyanın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.  Marqarita pizza

“Çox uzun müddətdir ki, demoqrafik vəziyyətlə bağlı problemimiz var, amma yaxşı xəbər var. Tədqiqatın nəticələri göstərirdi ki, əgər biz düzgün siyasət aparsaq, demoqrafik dinamikada əhəmiyyətli, hiss olunan və görünən dəyişiklik edə bilərik. Əsas yanaşma ondan ibarətdir ki, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün ən vacib şərt keyfiyyətli həyat mühitinin yaradılmasıdır”, – Paşinyan qeyd edib. 

O vurğulayıb ki, dünənki müzakirədə sülhün demoqrafiyaya necə təsir edəcəyi və ya müharibənin ona necə təsir etməsi ilə bağlı sual qaldırılıb. Baş nazir vurğulayıb ki, demoqrafik strategiyanın hazırlanması istiqamətində işlər davam edir və edilməli olan strateji seçimlər var. Paşinyanın sözlərinə görə, bu məsələdə bir neçə problem var. 

“Bir çox hallarda biz doğum səviyyəsinə təsir etmək üçün sosial müavinətlərlə əhalimizi şirnikləndirik. Strategiyamız isə uşağın doğulmasını bir sevinc vasitəsi etmək və onları gözəl gələcəyin gözlədiyinə dair olan inamı valideynlərə aşılamaqdır”, – deyə Baş nazir bildirib. 

O, demoqrafik vəziyyətlə bağlı “aktiv qocalmanın” vacib olduğunu vurğulayıb: 

“Sözsüz ki, qanunvericilikdə dəyişikliklər edilməlidir ki, pensiya yaşına çatmış insanlar aktiv vəziyyətdə olsunlar və mümkün qədər iqtisadi fəaliyyətini davam etdirə bilsinlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!