“Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır” - Müdafiə Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır” - Müdafiə Nazirliyi

Siyasət

26 Noyabr 2019 18:26 1366


“Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır. pizza sifarişi

Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!