FİFA və UEFA Ermənistan futbolunu öz bayrağı altından keçirilən yarışlardan kənarlaşdıra bilər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında yazılar gedib. Bildirilir ki, skandallara görə UEFA-nın federasiyanı diskvalifikasiya etmə ehtimalı yüksəkdir: “EFF üçün seçkiyə siyasi müdaxilə təhlükəlidir. Əgər biz Avropa futbolunun üzvü olaraq qalmaq istəyiriksə, seçkini siyasi qüvvələrin müdaxiləsi olmadan keçirməliyik.
Futbol Federasiyasına seçki güclü şəkildə siyasiləşdirilib. Bu barədə artıq UEFA prezidenti Aleksandr Çeferinə məlumat verilib. Buna görə, Ermənistan Futbol Federasiyasını minimum yarım il diskvalifikasiya edə bilərlər”. Dördpendirli pizza
Telegram kanalımız