Ermənistan Respublikasının Prokurorluğu yanvarın 19-da Geqarkunik mərzinin Azat kəndi yaxınlığında yerləşən Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində başlayan və 15 nəfər hərbçinin həlak olması ilə nəticələnən yanğından sonra bölmənin mühəndis-texniki xidmətinin rəisi T.K-ya qarşı ictimai cinayət təqibi başladıb.
Yenisasabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi (hərbi qulluqçu ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanıb. pizza sifarişi
“Ona həvalə edilmiş bölmənin maddi təminatına cavabdehlik daşıyan bölmənin mühəndis-texniki xidmətinin rəisi T.K.-nın xidməti vəzifələrinin icrasına vicdansız və səhlənkar münasibəti nəticəsində, o, xidməti vəzifələrini yerinə yetirərkən Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis taqımını müvafiq yanğından mühafizə tədbirləri ilə təmin etməmişdir. Nəticədə T.K. ehtiyatsızlıqdan əsgərlərin ölümünə səbəb olub. Faktla bağlı sözügedən şəxs barəsində ictimai cinayət təqdibi başladılıb”, – deyə məlumatda bildirilir.
Telegram kanalımız