Ermənistanda Azərbaycan benzini satan daha bir şirkətin adı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Azərbaycan benzini satan daha bir şirkətin adı məlum oldu

Dünya

24 Dekabr 2025 13:10 432


Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkət “Shisha World” MMC olub.

"Yeni Sabah" xəbər verir ki, hüquqi şəxslərin dövlət reyestrinə əsasən, “Shisha World” MMC 100% Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabrında yaradılıb.

Bundan əvvəl benzin idxalçısının “Vətəndaş müqavilə” fraksiyasından olan Milli Məclis üzvü Xaçatur Sukiasyanın ailəsinə məxsus “Sil” konserninin bir hissəsi olan “Mega Trade” şirkəti olduğu barədə məlumatlar yayılmışdı. Dominos pizza

“Mega Trade” Azərbaycandan 600 ton benzin idxal edib.

Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə 22 qatar vaqonu premium benzin idxal edilib.

Bu benzin Sukiasyanların şirkətinə məxsus “Run Oil” yanacaqdoldurma məntəqələrində litri 430 dram qiymətinə satılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!