Ermənistanda benzinlə dolu 17 vaqon yanır - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda benzinlə dolu 17 vaqon yanır - Video

Dünya

29 İyul 2019 08:23 1532


Ermənistan Lori vilayətində Tumanyan dərmiyol stansiyası yaxınlığında benzinlə dolu vaqonlarda yanğın başlayıb.

"Yeni Sabah" “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildiriblər. 

Yanğın 17 vaqonu əhatə edir.  pizza

Məlumata görə, hər çənin həcmi 50 tondur. 29 vaqondan 17-də bezin, 4-də taxıl, 1-də isə alüminium tikinti materialı var. Qalan vaqonlar boş olub. Qatar Ermənistanın Baqrataşen şəhərindən Gümrüyə doğru hərəkət edirmiş. 

Hadisə lokomotivin relsdən çıxması nəticəsində baş verib. Qəza yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. / Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!