Ermənistanda daha bir zabit həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda daha bir zabit həbs olundu

Rəsmi

31 Yanvar 2023 10:08 731


Ermənistanın Qeqarkunik rayonunun Azat kəndindəki hərbi hissədə 15 əsgərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı daha bir zabit saxlanılıb. 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 31-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi, mayor M.S. Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə (vəzifə səhlənkarlığı, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) həbs olunub. pizza mizza

İstintaq zamanı M.S.-nin komandir və vəzifəli şəxs olmaqla yanğından mühafizənin təşkilinə, yanğınsöndürmə vasitələrinin daimi hazır vəziyyətinə, şəxsi heyətin yanğın təhlükəsizliyi qaydalarını öyrənməsinə, cavabdeh kimi öz xidməti vəzifələrində səhlənkarlıq göstərdiyinə dair kifayət qədər sübutlar əldə edilib. 

O, üzərinə düşən vəzifələri yerinə yetirməmiş, o cümlədən hərbi hissəni yanğından mühafizə vasitələri ilə təmin etməmiş, nəticədə insanların ölümünə səbəb olmuşdur.Xatırladaq ki, Qeqarkunik rayonunun Azat kəndində yanğın yanvarın 19-da saat 01:30 radələrində baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3 hərbçi yaralanıb. İstintaqın məlumatına görə, qəzaya səbəb isinmək üçün benzindən istifadə edilməsi olub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!