Ermənistanda deputat deputatı döydü 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda deputat deputatı döydü 

Rəsmi

31 Mart 2023 13:11 953


Bu gün Ermənistan Milli Məclisinin Dövlət Hüquq Komitəsində qapalı müzakirə zamanı müxalifətin “Hayastan” fraksiyasının deputatı Mher Saakyan komitənin sədri Vladimir Vardanyana hücum edərək onu vurub, fiziki xəsarətlər yetirib və qaçıb. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan “Facebook” səhifəsində yazıb: 

“Bu biabırçı xuliqanlığın açıq-aydın cinayət nəticələri olmalıdır”.  Dördpendirli pizza

Bildirilir ki, hadisə Ermənistan MM-nin Dövlət Hüquq Komitəsində qapalı müzakirə zamanı baş verib.

Qeyd edək ki, yerli KİV Mher Saakyanın saxlanıldığını, Vladimir Vardanyanın isə xəstəxanaya aparıldığını yazır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!