Ermənistanda generalın məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda generalın məhkəməsi başlayır

Rəsmi

03 Fevral 2023 10:39 704


Ermənistanın keçmiş Baş qərargah rəisi, general-polkovnik Movses Akopyana qarşı İrəvan Şəhərinin Ümumi Yurisdiksiya Məhkəməsində 2 ilə yaxındır araşdırılan cinayət işi yekunlaşıb.

Yenisabah.az “Joqovurd”a istinadla xəbər verir ki, şahidlərin demək olar ki, hamısı dindirilib və yaxın günlərdə generalın məhkəməsi başlayacaq.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) general Movses Akopyana qarşı dövlət sirrini yayma faktı ilə bağlı cinayət işi açıb. General 44 günlük müharibənin gedişi zamanı bir sıra açıqlamalar verməklə qalmaqal yaratmışdı. Dördpendirli pizza

Cinayət işi əvvəlcə hakim Vaçe Marqaryana verilib, amma o, bundan imtina edib. Marqaryan bildirib ki, əvvəllər Movses Akopyanın əsgəri olduğundan onu mühakimə etmək istəmir. Nəticədə iş hakim Manvel Şahverdyanın icraatına verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!