Ermənistanda məşhur silah alverçisi, “Patron Davo” ləqəbli Davit Qalstyan gecə saatlarında həbs edilib.
Yenisabah.az “Hraparak"a istinadla xəbər verir ki, bir neçə saatlıq sorğu-sualdan sonra onun barəsində həbs-qətimkan tədbiri seçiblər. Onun həbsi sabiq müdafiə naziri Seyran Ohanyanın işi ilə bağlıdır.
Fevralın 7-də Ermənistan Baş Prokurorluğu Ohanyanı toxunulmazlıqdan məhrum etmək üçün Ermənistan Milli Məclisində vəsatət qaldırmağa hazırlaşır. pizza mizza
Xatırladaq ki, “Patron Davo” ləqəbli silah tacirinə qarşı İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın digər bir keçmiş müdafiə naziri David Tonoyanla bərabər cinayət işi açılmışdı.
Telegram kanalımız