Ermənistanda müxalif siyasətçilərin evinə basqın oldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda müxalif siyasətçilərin evinə basqın oldu

Rəsmi

11 Yanvar 2023 12:44 695


Bu gün səhər Ararat mərzində (Vedibasar) və İrəvanda güc strukturlarının nümayəndələri axtarış aparmaq adı ilə bir sıra “Daşnaksütyun” üzvlərinin mənzillərinə soxulub, bəziləri saxlanılıb.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisin “Hayastan” fraksiyasının deputatı, müxalif “Daşnaksütyun” İdarə Heyətinin nümayəndəsi İşxan Saqatelyan öz “Facebook” səhifəsində yazıb.

O əlavə edib ki, təhlükəsizlik qüvvələrinin nümayəndələri 6 ay həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan Gerasim Vardanyanın evində də əməliyyat keçirib. Pepperoni pizza

“Hüquq-mühafizə sistemi xəyanətkar hakimiyyətin əlində siyasi məsələləri həll etmək üçün küt alət olmaqda davam edir. Hazırda “Hayastan” blokunun deputatları polis və istintaq idarələrinə gedirlər, vəziyyətin təfərrüatlarına əlavə olaraq istinad edəcəyik”, – o, yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!