Ermənistanda növbədənkənar seçkilər keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda növbədənkənar seçkilər keçirilə bilər

Rəsmi

08 Dekabr 2020 18:31 901


Ermənistan parlamentinin vitse-spiker Alen Simonyan növbədənkənar seçkilərin keçirilməsini istisna etməyib.

Yenisabah.az xəbər verir ki, bununla belə Simonyan hələ növbədənkənar parlament seşkiləri ilə müvafiq qərarın olmadığını deyib.

O, müxalifətin növbədənkənar seçkilərin indi keçirilməsinə qarşı çıxmalarına təəccüb etdiyini bildirib. “Bir qrup siyasətçi hesab edir ki, onlar Baş naziri bir il müddətinə təyin etməlidirlər, amma seçkilərdən danışımırlar”, - deyə vitse-spiker vurğulayıb. Dördpendirli pizza

Simonyan baş verənləri elit dövlət çevirlişi adlandırıb. Onun sözlərinə görə, proses şüurlu şəkildə hakimiyyəti formalaşdıran xalqın iradəsinə zidd yönləndirilir. “Daha doğrusu, onlar xalqın əlindən seçim hüququnu alırlar. Bu təəcüblü deyil. Çünki çevrilişə cəhdi təşkil edənlər inqilabdan sonra pul qazanmaqdan və mükafatlandırılmaqdan məhrum olublar. İndi vəziyyətin mürəkkəb olduğunu görə müxtəlif siyasi qüvvələr hər şey edirlər ki, hakimiyyəti dəyişməyə nail olsunlar”, - deyə Simonyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!