Ermənistanda ordu komandiri həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ordu komandiri həbs olundu

Rəsmi

16 Mart 2023 17:20 1178


İrəvan Apellyasiya Məhkəməsi Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu, general-mayor Qriqori Xaçaturovun həbsi ilə bağlı Baş Prokurorluğun vəsatətini təmin edib.

Yenisabah.az xəbər verir ki, Q. Xaçaturov 2 ay müddətinə həbs edilib.

Fevralda birinci instansiya məhkəməsi baş prokurorun həbslə bağlı vəsatətini rədd edərək, onu azadlığa buraxıb. Marqarita pizza

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Xaçaturov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi tərəfindən xüsusilə külli miqdarda qeyri-qanuni əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması, çirkli pulların yuyulması ilə bağlı istintaq edilən cinayət işi çərçivəsində saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!