Ermənistanda qızılcaya yoluxma halları artır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda qızılcaya yoluxma halları artır

Rəsmi

08 Mart 2023 11:34 781


Ermənistanda qızılcaya yoluxma hallarının təsdiqlənmiş sayı 39-a çatıb.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, 18 nəfər xəstəxanaya yerləşdirilib, 14 nəfər ev şəraitində müalicə alır, 7 nəfər isə artıq xəstəxanadan buraxılıb.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir, ikisinin vəziyyəti ağırdır. pizza sifarişi

Yoluxmuş 39 nəfərdən 36-sı peyvənd olunmayıb, üçü peyvəndin bir dozasını alıb.

Ermənistanın Səhiyyə Nazirliyi adi qızılca peyvəndi almamış uşaqların valideynlərini, həmçinin peyvənd almamış xəstələrlə təmasda olan böyükləri klinika ilə əlaqə saxlamağa və peyvənd etdirməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!