Ermənistanda qızılcaya yoluxma sayı artır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda qızılcaya yoluxma sayı artır

Rəsmi

09 Mart 2023 10:51 703


Ermənistan laboratoriyada təsdiqlənmiş qızılcaya yoluxma hallarının sayı 43-ə çatıb. Onlardan 17-si xəstəxanaya yerləşdirilib, 15-i ev şəraitində müalicələrini davam etdirir, 11-i isə evə buraxılıb.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat verib.

Xəstələrdən birinin səhhəti orta-ağır, 2-cisi isə ağır qiymətləndirilir: Xəstəliyə yoluxan 43 nəfərdən 40-ı peyvənd olunmayıb, 3-ü bir doza ilə peyvənd olunub. pizza

Xatırladaq ki, Ermənistanda milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı peyvəndlər 1 və 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Eyni zamanda, qızılca xəstələri ilə təmasda olan və 2 doza qızılca peyvəndi olmayan şəxslər də peyvənd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!