Ermənistanda vətəndaşlıq - Müraciətlərin çoxu Rusiyadan gəlib

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda vətəndaşlıq - Müraciətlərin çoxu Rusiyadan gəlib

Rəsmi

08 Aprel 2023 12:49 825


2022-ci ildə Ermənistan vətəndaşlığı üçün müraciətlərin 76 faizi, yəni 19.427 nəfəri Rusiya Federasiyasından daxil olub.

Yenisabah.az “Sputnik Amrenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan DİN-in Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.

Ümumən vətəndaşlıq üçün müraciətlərin sayı 25.515-ə çatıb. Bu, 2021-ci ildə qeydə alınan rəqəmdən təxminən 3 dəfə – 8 500 nəfər çoxdur. Müraciət edənlərin 90 faizindən çoxu isə milliyyətcə ermənilərdir. Marqarita pizza

Müraciətlərin sayına görə Gürcüstan 1.934 müraciətlə ikinci, Livan isə 1.300 müraciətlə üçüncü yerdədir. Sonrakı yerləri Suriya (741), İran (587), ABŞ (294), Ukrayna (281) və İordaniya (173) izləyir.

56 vətəndaşlığı olmayan şəxs də vətəndaşlığa qəbul üçün müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!