Ermənistanda xəstəxananı partlatmaq cəhdi - Polis axtarışa başladı

Ermənistanda xəstəxananı partlatmaq cəhdi - Polis axtarışa başladı

Bölgə

06 Fevral 2023 13:08 526


Ermənistan İstintaq Komitəsinin yanvarın 12-də Gorusda (Qoris) baş vermiş hadisə ilə bağlı cinayət işinin icraatına başlayıb. 

Yenisabah.az "Shamshyan.com"a istinadla xəbər verir ki, həmin gün saat 17:30 radələrində Gorus Tibb Mərkəzinin direktoru David Maşuryan polis idarəsinə siqnal göndərib. 

Naməlum şəxs Tibb Mərkəzinin uşaq şöbəsinin həkimlərindən birinə zəng edib və qardaşı uşağının həmin şöbədə olduğunu bildirib. Sonra azyaşlıya lazımi tibbi yardım göstərilmədiyi barədə söz-söhbətlər ona çatdığını deyərək xəstəxananı partlatmaq niyyətini açıqlayıb. 

Hazırda Gorus RPİ-nin əməkdaşları vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi və onun tapılması istiqamətində zəruri tədbirlər görür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!