Ermənistanda yük qatarı qəzaya uğradı, yollar bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda yük qatarı qəzaya uğradı, yollar bağlandı

Rəsmi

12 Oktyabr 2023 12:00 482


Ermənistanda gecə saatlarında yük qatarı relsdən çıxıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Cənubi Qafqaz Dəmir Yolları" QSC məlumat yayıb. 

36 vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.  Sezar pizza

Təcili bərpa işlərinin iki gün ərzində başa çatdırılması planlaşdırılır. 

İrəvan yaxınlığındakı Dalarik-Karakert dəmir yolu hissəsi ilə nəqliyyatın hərəkəti dayandırılıb, Gümrü və Tbilisi istiqamətində hərəkət ləğv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!