Ermənistanın Cermuk şəhəri yaxınlığında 3 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az "Armenpress"ə istinadən xəbər verir ki, məlumatı Ermənistan Xilasetmə Xidməti yayıb.
Episentrdə yeraltı təkanların gücü 4 bal olub. Cermukla yanaşı, Vayots Dzor vilayətinin (Dərələyəz) Qndevaz və Keçut kəndlərində, Geğarkunik vilayətinin (Göyçə) Karçaqbyur kəndində də yeraltı təkanlar hiss olunub. Dördpendirli pizza
Ölən və yaralananlar, habelə dağıntı barədə məlumat yoxdur.
Telegram kanalımız