“Ermənistanı istəyirdiniz” - Paşinyan müxalifəti ittihamladı

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanı istəyirdiniz” - Paşinyan müxalifəti ittihamladı

Rəsmi

04 Oktyabr 2023 17:08 1200


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib.

Yenisabah.az "Hraparak"a istinadla xəbər verir ki, bu barədə baş nazir parlamentdə "hökumət saatı"nda bildirib.

O, opponentlərini müstəqil siyasət apara bilməməkdə ittiham edib. pizza sifarişi

“Planınız baş tutmadı”, - deyə Nikol Paşinyan müxalifət fraksiyasının nümayəndələrinə xitabən deyib.

Onun qənaətincə, müxalifət Qarabağı riskə atıb.

“Planınız və istəkləriniz baş tutmadı, siz Ermənistanı müharibəyə cəlb etmək istəyirdiniz, nəticədə məcburi köçkün olan soydaşlarımız Ermənistanda sığınacaq tapa bilməyəcək, nəticədə Daşnaksütyunun getdikcə azalan sıralarını gücləndirmək üçün Bostona, Los-Ancelesə köçəcək" - deyə baş nazir bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!