Ermənistanın müdafiə xərcləri 2018-ci illə müqayisədə 1,1 milyard dollar artıb.
"Yeni Sabah" armenpress-ə istinadlan xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
Onun sözlərinə görə, 2025-ci il müdafiə sektorunda islahatlar baxımından əhəmiyyətli olub və hərbi xidmət müddətinin 1,5 ilə endirilməsi əsas dönüş nöqtələrindən biridir. Dominos pizza
Papikyan orduda nizam-intizamın yaxşılaşdırılması üçün addımlar atıldığını qeyd edib.
Suren Papikyan Müdafiə Nazirliyinin ordu üçün yeni geyim formalarının tamamilə satın alınması barədə məlumatı təkzib edib.
Ermənistanda 2026-cı il yanvarın 1-dən etibarən çağırışçılar 1,5 il xidmət edəcəklər. Əvvəllər məcburi hərbi xidmət müddəti 2 il idi.
Telegram kanalımız