Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir - İran səfiri

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir - İran səfiri

Rəsmi

20 Yanvar 2023 16:15 887


"Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir". 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Sünik vilayətinə səfəri zamanı İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib. 

"Tehran bütün qonşuları ilə münasibətdə müxtəlif sferalarda əməkdaşlığın inkişafına yönələn siyasət yürüdür. Ermənistan bizim dost olan qonşularımızdandır və ona münasibətdə də belə siyasət yürüdülür. Xarici işlər nazirimizin qeyd etdiyi kimi, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir", - deyə səfir söyləyib.  Dördpendirli pizza

Qeyd edək ki, bu yaxınlarda İran və Ermənistanın paytaxtları - Tehran və İrəvan rəhbərliyi arasında şəhərlərin qardaşlaşması haqqında anlaşma imzalanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!