Ermənistanın yardım karvanı Türkiyə sərhədini keçdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın yardım karvanı Türkiyə sərhədini keçdi - Video

Rəsmi

11 Fevral 2023 12:10 1082


Ermənistan güclü zəlzələdən əziyyət çəkən Türkiyəyə humanitar yardım göndərib.

Yenisabah.az xəbər verir ki, yük maşınları bağlı quru sərhədindən keçib.

"Bu gün Ermənistan Türkiyəyə humanitar yardım göndərib. Humanitar yardım daşıyan yük maşınları sərhəddəki Marqara körpüsündən (Ermənistan və Türkiyə sərhədi - red.) keçərək zəlzələdən zərər çəkmiş bölgəyə doğru gedir", - deyə Ermənistan XİN-in sözçüsü Vaan Unanyan yazıb. Toyuqlu pizza

Bundan əvvəl Ermənistan Türkiyə və Suriyaya xilasedicilər göndərib.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və ölkələr arasında sərhəd Qarabağ münaqişəsinə görə 1993-cü ildən bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!