"Ermənistan Rusiya Federasiyası üçün yaxın müttəfiqdir və bu, Rusiya Federasiyasının ölkə rəhbərliyi səviyyəsində bəyan etdiyi kimi, davamlı faktdır".
Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
O bildirib: “Əlbəttə, müdafiə və təhlükəsizlik qarşılıqlı fəaliyyətimizin əsas sahələrindən biridir. Əsrlər boyu formalaşmış döyüş qardaşlığı ənənələri hələ də itməyib. O, mövcuddur, bu, təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlərin çox mühüm tərkib hissəsidir”. Dominos pizza
S. Kopirkin müdafiə sektorunda əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Telegram kanalımız