Ermənistanla sülh harada imzalanacaq? –   “Hamı bu məsələdə özünə əlyeri qoymağa çalışır”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sülh harada imzalanacaq? – “Hamı bu məsələdə özünə əlyeri qoymağa çalışır”

Siyasət

18 May 2022 12:23 2210


“Sülh müqaviləsinin harada imzalanmasından asılı olmayaraq, o, iki tərəf arasında – Ermənistan və Azərbaycan arasında imzalanmalıdır və proseslər buna doğru gedir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, əsas məqam həm Avropa, həm də Rusiya öz maraqlarını təmin etmək üçün bu proseslərdə iştirak etmə istəyindədir: Pepperoni pizza

“Lakin biz birmənalı şəkildə bəyan etmişik ki, bu, iki tərəfin arasında olacaq. Çünki ortada hər hansı bir dövlət və yaxud qurum olanda artıq onların da öz maraqları olur. Bunu ATƏT-in Minsk qrupunun həmsədrliyində, eləcə də digər məsələlərdə gördük. 

Danışıqların harada keçirilməsindən asılı olmayaraq, Azərbaycan artıq diktə edən tərəf kimi öz planlarını, maraqlarını və təkliflərini ortaya qoyub. Sadəcə ermənilər son vaxtlar status məsələsi ilə bağlı müəyyən addımlar atmağa çalışırlar, lakin bu, baş tutan iş deyil. Hamı bu məsələdə özünə əlyeri qoymağa çalışır. Bu, problem deyil, artıq delimitasiya və demarkasiya ilə bağlı komissiyanın tərkibi açıqlanıb. Eləcə də mərhələli şəkildə sülh müqaviləsinin imzalanmasına gedəcəyik”.

A.Nağıyev vurğuğayıb ki, sülh müqaviləsinin istər Moskvada, istərsə də Brüsseldə imzalanmasının Azərbaycan üçün heç bir fərqi yoxdur:

“Hətta Rusiyanın danışıqlarda iştirakı texniki bir məsələ idi. Çünki o, xəritələr məsələsini ortaya qoymuşdu, eyni zamanda unutmaq lazım deyil ki, NATO ilə Rusiyanın sərhədi məhz Türkiyə-Ermənistan sərhədidir. Bu istiqamətdə Qərbin də təbii ki, öz maraqları var. Bu, nəqliyyat dəhlizlərinin açılması, eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi məsələsidir.

Sülh müqaviləsinin sərhəddə imzalanması ehtimalına gəlincə, bu, artıq protokol məsələsidir. Hansı şəraitdə və harada imzalanmasına dair hələ bir neçə mərhələ var. Əsas delimitasiya və demarkasiyadır, daha sonra isə ərazi bütövlüyünün tanınması. Bundan sonra artıq sülh müqaviləsinin imzalanmasına doğru gediləcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!