Əsədin əmisi öldü

saytların hazırlanması

Evə çatdırılma

Əsədin əmisi öldü

Dünya

21 Yanvar 2026 17:38 344


Mərhum Suriya prezidenti Hafiz Əsədin qardaşı və devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat əl-Əsəd 88 yaşında vəfat edib.

"Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərində dünyasını dəyişib.

Rifat Əsəd sürgün həyatının çox hissəsini Fransada keçirib. 2021-ci ildə Suriyaya qayıdıb, sonra qardaşı oğlu Prezident Bəşər Əsədin devrilməsindən sonra 2024-cü ildə yenidən xaricə qaçıb. pizza hut

Hafiz 2000-ci ildə vəfat etdikdə, Rifat hakimiyyətin Bəşərə ötürülməsinə qarşı çıxdı və özünü qanuni varis elan edib. 2011-ci ildə müxalifət Suriyanı bürüdükdə, o, yenidən xaricdən çıxış edərək qardaşı oğlunu vətəndaş müharibəsinin qarşısını almaq üçün mümkün qədər tez istefa verməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!