“Əsgər salamı” ilə bağlı bilinməyənlər – Yeni faktlar ortaya çıxdı

“Əsgər salamı” ilə bağlı bilinməyənlər – Yeni faktlar ortaya çıxdı

İdman Veb saytların hazırlanması

16 Oktyabr 2019 11:26 1007


Avro-2020-nin Fransa – Türkiyə matçında (1:1) Türkiyə millisinin qolu “əsgər salamı” ilə qeyd etməsi ilə bağlı yeni məlumatlar yayılıb. 

“Yeni Sabah” “Hürriyyət”ə istinadən xəbər verir ki, daha öncə Albaniya ilə oyunda da eyni hal yaşandığından Fransa tərəfi Türkiyəyə öncədən xəbərdarlıq edib. Belə ki, Fransa Xarici İşlər Nazirliyi oyundan öncə Türkiyə səfirinə müraciət edərək Türkiyə qol vurarsa, futbolçuların “əsgər salamı” verməməsi üçün onlara tapşırıq verilməsini istəyib. Türkiyənin idman naziri və futbol federasiyasının prezidenti səfir vasitəsi ilə onların tələbini bu cür cavablandırıb: “Biz baş məşqçi və futbolçulardan belə bir şey tələb edə bilmərik. Onlar qol vursa, necə istəyərlər, elə də sevinərlər”.

Bildirilir ki, Fransanı milli komandasının baş məşqçisi Didye Deşam rəsmilərdən fərqli davranıb. Belə ki, təcrübəli çalışdırıcı oyundan sonra Türkiyə millisinin paltardəyişmə otağına gedib və Şenol Günəşi təbrik edib. Eyni zamanda onun komandasının çox yaxşı oynadığını Şenola çatdırıb.

Qeyd edək ki, Türkiyənin Suriyada keçirdiyi “Barış Pınarı” hərbi əməliyyatına Türkiyə millisinin qol vurduqdan sonra “əsgər salamı” ilə dəstək verməsi və eyni zamanda sözügedən əməliyyat bir çox futbol mütəxəssisləri tərəfindən qınanılıb. Hətta onlar bunun üçün UEFA-ya da müraciət ünvanlayıb. Fransa və Almaniya tərəfinin UEFA-ya ünvanladığı müraciətdən sonra isə Türkiyəyə qarşı intizam işi açılıb. 

Xatırladaq ki, Fransa - Türkiyə matçında qonaq komandanın üzvü Kaan Ayxanın 82-ci dəqiqədə vurduğu qolu futbolçuların “əsgər salamı” ilə qeyd etməsi Fransa tərəfindən kadra alınmayıb. Lakin sonradan həmin hissənin videosu yayılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!