Əsgərlərimiz ermənilərə necə əsir düşüb?   - Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlərimiz ermənilərə necə əsir düşüb? - Mühüm açıqlama

Maraqlı

21 Dekabr 2021 13:00 17470


Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib. 

Bu barədə dünən Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların ötən gecə geri qaytarılması təmin olunub.  Dördpendirli pizza

Əsgərlərimiz necə əsir düşüb?

Buna kəskin hava şəraiti səbəb olub, yoxsa bu Ermənistanın növbəti təxribatıdır?

Sərhəddə bu cür təxribatların qarşısını almaq üçün nə etmək lazımdır?

Yenisabah.az-ın suallarını cavablayan ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, əgər sərhəd xətləri təyin olunmayıbsa, bu kimi halların baş verməsi istisna edilmir:

“Biz də xidmət dövrümüzdə zaman-zaman bu və ya digər istiqamətlərdə belə hallarla rastlaşmışıq. İndi dağlıq ərazilərdə demək olar ki, duman, çiskin və çən olur və bu proses şaxtalar sərtləşənə qədər davam edəcək. Belə bir vəziyyətdə hərbçinin azıb keçməsi istisna olunacaq bir hadisə deyil. Ona görə ki, zaman-zaman Ermənistan tərəfindən də azaraq bizim tərəfə keçənlər olub, həm də əks istiqamətdə bu hadisə baş verib. Yəni belə halalr olur”.

“Amma burada maraqlı olan budur ki, hadisə dekabrın 18-də baş verdi, açıqlama isə 20-si axşam, onlar qaytarılandan sonra verildi. Halbuki hər bir kəs, erməni tərəfi də daxil olmaqla, erməni müxalifət liderləri, “Sputnik Armenia”, “Armenian Report” və s. və i.a. yazırdı ki, bizim iki nəfər hərbçimiz əsir düşüb və onlar görüntülərini də yaymışdılar. Ermənistan tərəfi bunu edən zaman biz susduq, ta  ki, onları qaytarana qədər. Bu isə Laçın istiqamətində xidmət edən böyük bir heyətin valideynlərinin narahatlığına səbəb oldu. Çünki üz görüntüləri aşkar deyildi və heç kim bilmirdi ki, kimdir əsir düşən. Biz, elə bil ki, orada xidmət edənlərin valideynlərini iki gün ərzində narahat saxlamağı vacib bildik. Halbuki dərhal demək olardı ki, bəli, filankəslər azaraq düşmən tərəfə keçib və onların qaytarılması üçün müvafiq tədbirlər görülür. Onu da deyim ki, ən qısa müddətdə də qaytarıldı və gün yarım çəkdi bu proses, heç iki gün olmadı”, - deyə ekspert əlavə edib.

Mütəxəssis onu da vurğulayıb ki, bu cür hadisələrdən sığortalanmaq mümkün deyil:

“Çünki o vaxta qədər ki, sərhəd xətti təyin olunmayacaq, belə hadisələr də baş verəcək. Fikir verirsinizsə, DSX-da bu proses baş vermir. Niyə? Çünki orada sərhədlər bəllidir, sərhəd xətti, maneələr, məftilli tellər, dirəklər, sərhəd qüllələri və s. var. Onlar quraşdırılır və ondan sonra bu prosesləri istina etmək olur.

Hazırda isə Ermənistan-Azərbaycan sərhədinin, xüsusilə də Laçından tutmuş Qazaxa qədər olan hissəsində delimitasiya və demarkasiya işləri başa çatmayıb. Ona görə də, əsgərlərin maneə olmayan bir yerdən azıb keçməsi istisna edilmir. Çünki dağlıq bir ərazi, tanış olmayan yerlər və dumanda bilirsiniz ki, tam fərqli bir mənzərə olur və heç nə seçilmir, hətta bəzən 5 metr o tərəfi belə görə bilmirsən. Belə olan halda azmaq istisna deyil. 

Bunun qarşısını almaq üçün birincisi, sərhədlərin delimitasiya vacibdir; ikincisi də ki, heyətin tək halda təcrübəli rəhbər olmadan dumanlı havada hərəkəti məhdudlaşdırılmalıdır. Hərəkət halında olan adam mütləq GPS və yaxud da digər vasitələrdən istifadə etməlidir ki, marşrutdan çıxmasın”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!