Eslami: 60% zənginləşdirmədən imtina mümkündür

saytların hazırlanması

Evə çatdırılma

Eslami: 60% zənginləşdirmədən imtina mümkündür

Dünya

09 Fevral 2026 17:22 348


İran hakimiyyəti artıq zənginləşdirilmiş uranın zənginləşdirmə səviyyəsini 60%-ə endirməyə razı ola bilər, lakin bu, yalnız sanksiyaların ləğvi müqabilində mümkündür.

"Yeni Sabah" Mehr News-a istinadla xəbər verir ki, bunu Atom Enerjisi Təşkilatının (AET) rəhbəri Məhəmməd Eslami bildirib.

Qurum rəhbərinin sözlərinə görə, İran və ABŞ arasında son danışıqlar zamanı daha ümumi siyasi məsələlərlə yanaşı, texniki və nüvə məsələləri də müzakirə olunub. Marqarita pizza

Bazar günü İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran tərəfi ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasına razılıq vermək niyyətində deyil.

İran və ABŞ arasında danışıqların 6-cı raundu Omanda baş tutub və tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!