“Əslində isə utanmaq lazımdır“ - Əli Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“Əslində isə utanmaq lazımdır“ - Əli Əhmədov

Siyasət

19 Oktyabr 2019 15:17 907


"Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz". 

Bu sözləri Baş Nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində paylaşıb.

“Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm. Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az. Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”, - deyə o qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!