Etibar Əliyevin başı yenidən dərddə

saytların hazırlanması

Evə çatdırılma

Etibar Əliyevin başı yenidən dərddə

Kriminal

09 Dekabr 2019 11:10 7186


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs həyatı yaşamış “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin adı yeni qalmaqalda hallanır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir ki, Etibar Əliyev azadlığa çıxdıqdan sonra yenidən aktiv biznes fəaliyyəti ilə məşğul olub.

Xüsusilə, balıqçılıq və dərman biznesinə girən iş adamı son illər ərzində böyük maliyyə vəsaitləri əldə edə bilib. Ancaq onun bu işdə uğurlarına dəstək olan bəzi şəriklərinə qarşı ədalətsizlikləri də üzə çıxıb. pizza

Məlumatlara görə, hazırda ortaqları ilə ciddi çəkişmə yaşayan E.Əliyev onların haqqını verməmək üçün müxtəlif üsullara əl atıb.

Bununla bağlı materialı araşdırdıqdan sonra oxucuların diqqətinə çatdıracağıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!